azia.az
azia.az

Madriddə 6, Londonda 4 qol vuruldu

10-04-2024, 09:09

Çempionlar Liqası: Madriddə 6, Londonda 4 qol vuruldu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

İlk görüşlər London və Madriddə reallaşıb. Turnirin favoritləri "Real" ilə "Mançester Siti" İspaniyanın paytaxtında üz-üzə gəliblər. ÇL-in ən titullu klubu ilə yarışın son qalibinin ilk dueli 3:3 hesabı ilə bitib.

İngiltərə Premyer Liqasının lideri “Arsenal” isə Bundesliqada qeyri-stabil mövsüm keçirən “Bayern Münhen”i qəbul edib. Bu qarşılaşmada tərəflər hərəyə 2 qol vurublar.

Qeyd edək ki, digər görüşlər sabah baş tutacaq. Aprelin 10-da İspaniya klublarından biri evdə, biri səfərdə çıxış edəcək. Dortmund “Borussiya”sı Madriddə “Atletiko”nun qonağı olacaq. PSJ isə Parisdə “Barselona”nı qəbul edəcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

 Arsenal (İngiltərə) - Bayern Münhen (Almaniya) 2:2

Qollar: Saka, 12. Trossard, 76 -  Qnabri, 18. Keyn, 32

 Real Madrid (İspaniya) - Mançester Siti (İngiltərə) 3:3

Qollar: Dias, 12 - őz qapısına. Rodriqo, 14. Valverde, 79. - Silva, 2. Foden, 66. Qvardiol, 71


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi