azia.az
azia.az

"Müharibədə can qoyub, ölkənin bayrağını ucaldan idmançılarıq, bunlar deyəsən, bizi ləkələmək istəyirlər”-İDMANÇI DANIŞDI

1-02-2024, 07:39

Saxlanıldığı deyilən Tofiq Musayev görün nələr danışdı - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Azia.az"n məlumatına görə, o, bu barədə Baku TV-yə danışıb.

Tanınmış idmançı məsələyə belə münasibət bildirib:

“Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”.

APA informasiya agentliyi yazır ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

DİN-dən “Qafqazinfo”ya fakt təsdiq edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi