Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda Serbiya təmsilçisi “Radniçki” ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Məmmədov start heyətdə meydana çıxıb və 30-cu dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
Bu ay "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.