azia.az
azia.az

Klub prezidenti azadlığa buraxıldı

28-12-2023, 09:07

Türkiyə Super Liqasının 15-ci turunda "Rizəspor"la oyundan (1:1) sonra hakim Halil Umut Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Koca həbsdən buraxılıb.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər.

Etirazı dəyərləndirən Ankara məhkəməsi Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. O, axşam saatlarında həbsxanadan təxliyə edilib. 

Hakimin döyülməsinə görə Faruk Koca ilə birlikdə həbs edilən Yunus Şahin və Kenan Çetinkayanın həbsi isə davam edir. Sözügedən üç şəxslə bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, “Ankaragücü”nün prezidenti Faruk Koca “Rizəspor”a qarşı keçirdikləri matçın hakimliyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra Faruk Koca həbs olunub. Həmçinin o, dekabrın 15-də Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi