azia.az
azia.az

Ronaldu 2023-cü ildə qol sayına görə lider olub

27-12-2023, 08:31

Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Krallığın futbol çempionatı matçında "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub.

"Report"un məlumatına görə, XVIII turun görüşü "Əl-Nasr"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ronaldu 19 və 68-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. “Əl-Nasr”ın heyətində daha bir qolu Anderson Taliska (38-ci dəqiqə), Sadio Mane iki dəfə (76, 82) vurub. Məğlub komandanın heyətində hər iki qolu Abderrazak Hamdallah vurub (14, 52).

38 yaşlı Ronaldo 2023-cü ildə 53 qol vuraraq, PSJ-nin fransız hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni (hər ikisi 52 qol) geridə qoyub. PSJ və "Bavariya" 2023-cü ildə bir daha oyun keçirməyəcək.

Ronaldu 5 dəfə "Qızıl top"un, 5 dəfə Çempionlar Liqasının, habelə Avropa çempionu və Millətlər Liqasının qalibidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi