azia.az
azia.az

“Qarabağ” tarix yazdı

15-12-2023, 08:52

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” tarixi uğura imza atıb.

Məlumata görə, Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə “Hekken”i 2:1 hesabı ilə məğlub edərək Avroliqanın 1/6 final mərhələsinə adlayıb.

Bununla da Ağdam təmsilçisi Azərbaycan futbolu adına ilkə imza atıb. 

 Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” qrupu 10 xalla ikinci pillədə başa vurub. Onun ən yaxın izləyicisi olan Norveç “Molde”si isə səfərdə “Bayer”ə böyük hesabla (1:5) uduzaraq Konfrans Liqasına yollanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi