azia.az
azia.az

Elm Tarixi İnstitutu "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib

6-05-2022, 18:28

Elm Tarixi İnstitutu "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib

Elm Tarixi İnstitutu "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 2022-ci ildəAzərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin 270 illiyinə həsr olunan "Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib.
Onlayn şəraitdə baş tutan konfrans Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq təşkil edilib.
Elm Tarixi İnstitutu "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib
AMEA-nınİctimai Elmlər Bölməsinin sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraqPrezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamına müvafiq olaraqŞuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Şuşanın tarixindən bəhs edən akademik 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər olduğunu və nəhayət 44 günlük müharibə ilə Ali Baş Komandanın başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun bu üzgünlüyə son qoyduğunu bildirib. Bu böyük qələbəyə görə Şəhidlərimizə, Qazilərimizə borclu olduğumuzu bildirən G. Baxşəliyeva onların ruhuna sayğı və ehtiramını ifadə edib və konfrans iştirakçılarına uğurlar diləyib.
Elm Tarixi İnstitutu "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib
Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında ölkə başçısının müvafiq sərəncamına əsasən ölkədə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini bildirib. İnstitut direktoru Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə “Şuşa İli”nə töhfə olaraq Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab layihəsindən danışıb. Professor qeyd edib ki, qürurvericidir ki, kitab ilk dəfə ictimaiyyətə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və “Zəfər Qurultayı” adlanan tədbirdə təqdim edilib. Elm Tarixi Institutunda “Şuşa ili” ilə bağlı görülmüş digərişlər haqqında daməlumat verən M.Seyidbəyli daha sonra “Yusif Vəzir Çəmənzəminli və onun “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabı” adlı məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edib.

ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevvə elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin moderatorluğu ilə davam edən konfransda Elm Tarixi İnstitutunun Baş elmi işçisi, akademik Validə Əlizadə“Ecological-economic aspect of environmental protection in Karabakh”, AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun Baş direktoru, professor Ulduz Həşimova “Shusha as a population longevity hotspot”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə“Şuşa şəhərində sosıal infrastruktur layihələrinin həyata keçirilməsı (1954−1963)”, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə “Azərbaycanın siyasi və mədəni həyatında Ağabəyim ağa Cavanşir”, Şimali Kipr Respublikasının Şərqi Akdeniz Universitetinin beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru İsfəndiyar Həşimov“The Liberation of Shusha from Armenian Occupation as the Solution to Nagorno-Karabakh Conflict”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Şəmsi Fəridə Məmməd qızı “Тема “Года Шуши” в патриотическом воспитании молодежи в национальном музее истории Азербайджана НАНА”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev“İkinci Qarabağ müharibəsində Fransanın rolu və mövqeyi”,AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədli “Натаван– 190” mövzusunda məruzələrini təqdim ediblər.

Konfransda Azərbaycan diaspora nümayəndələrindən İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy, diaspor məsələləri üzrə ekspert, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi, tarix üzrə fəlsəfə doktoru Yahya Babanlı da iştirak edərək, mövzu ətrafında fikirlərini bildiriblər.
Şuşanın tarix, görkəmli şəxsiyyətlər, milli-mənəvi və sosial-mədəni irs, ekomühit, iqlim xüsusiyyətləri, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırıldığıkonfranssual və müzakirələrlə davam edib.
Qeyd edək ki,xarici ölkələrdən də iştirakçıların qatıldığı konfransa müvafiq olaraq tezis və məqalələr də təqdim edilib. Təqdim edilən bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcəkdir.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi