Azərbaycan yığmasının "10 nömrə"si bu müqavilə təklifinə razılıq verdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksey İsayev qarşıdakı illəri hansı klubda keçirəcəyini müəyyənləşdirib.
«Zenit»in yetirməsi 2020-ci ildən formasını geyindiyi «Sabah»da qalmağa razılaşıb.
Daha əvvəl «Sumqayıt»ın şərəfini qorumuş «10 nömrə» Masazır təmsilçisinin müqaviləni uzatmaqla bağlı təklifini qəbul edib.
O, daha 3 il (2 il+1 il) Premyer Liqanın gümüş medalçısının uğurları üçün çalışacaq. Və gözlənildiyi kimi, əvvəlkindən daha yüksək maliyyə şərtləri ilə.