azia.az
azia.az

"Qızıl top"a 8-ci dəfə sahib olan görün kimdir

31-10-2023, 08:31

Futbol üzrə son dünya çempionu Argentina millisinin və ABŞ-ın "İnter Mayami” klubunun kapitanı Lionel Messi "Qızıl top" mükafatının sahibi olub.

Xəbər verilir ki, Messi karyerasında 8-ci dəfə sözügedən titula sahib çıxıb. 
Messiyə mükafatı "İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Qeyd edək ki, Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top”un sahibi olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi