azia.az
azia.az

Premyer Liqa: Bu gün “Zirə” vahid lider ola, “Sabah” uğursuz seriyaya son qoya bilər

21-10-2023, 09:36

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.

Məlumata görə, bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq autsayder “Kəpəz”lə liderlər qrupunda qərarlaşan “Zirə” qarşılaşacaqlar. Gəncə şəhər stadionundakı təmir işləri ilə əlaqədar “Kəpəz” rəqibini Tovuzda qəbul edəcək. Azər Məmmədovun yetirmələri qələbə qazanaraq, sonuncu pillədən qurtulmağa çalışacaqlar. Rəşad Sadıqovun kollektivi isə qalib gələcəyi təqdirdə, vahid liderliyi ələ keçirəcək.

Günün ikinci qarşılaşması paytaxtda oynanılacaq. Uğursuz mövsüm keçirən “Sabah” doğma arenasında “Sumqayıt”ı sınağa çəkəcək. Murad Musayevin komandası 8 oyunluq qələbəsizlik seriyasına son qoymaq niyyətindədir.

Qeyd edək ki, ilk oyun günündə “Turan Tovuz”la “Qarabağ” qollu (2:2) bərabərə qalıblar, “Neftçi” səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 22-də keçiriləcək “Qəbələ”– “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi