“Rizin” Bakıya gəlir
Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti “Rizin” Bakıya gəlir.
Sportinfo.az xəbər verir ki, bu münasibətlə, sentyabrın 14-ü, saat 10:00-da Hilton otelinin Sevda zalında mətbuat konfransı baş tutacaq.
“Rizin” çərçivəsində “Landmark 7” turnirinin ilk qarşılaşması 4 noyabr tarixində Milli Gimnastika Arenasında keçiriləcək.
Konfransda Rizin Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara tərəfindən turnirdə iştirak edəcək azərbaycanlı döyüşçülərin rəqiblərinin adları açıqlanacaq.
Həmçinin, tədbir zamanı yerli döyüşçülərimizdən biri ilk dəfə öz əcnəbi rəqibi ilə üzləşdiriləcək.
Turnirdə yerli ulduzlardan Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov və Tural Rəhimov iştirak edəcəklər. Mətbuat konfransında döyüşün biletlərinin satışa çıxarılması elan ediləcək.