Qurban Qurbanov İsveçdə 2 qol vuran oğlundan nə dedi?
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Yurqorden"də çıxış edən oğlu Musa Qurbanlının İsveç çempionatının 21-ci turunda "Deqefors"la matçda iki qol vurub, bir qol ötürməsi verməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:
"Xəbərim var idi ki, oyunu var. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm.
Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim.