azia.az
azia.az

“Kəpəz” 21 ildir “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA

27-08-2023, 20:30

Premyer Liqanın IV turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” 21 ildir Azərbaycan çempionatlarında rəqibinə qalib gələ bilmir.

“Report”un məlumatına görə, Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ilin aprelində öz meydanında ağdamlılardan 3 xal alıb.

Həmin vaxt görüş “Kəpəz”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. O dönəmdən bəri “sarı-göylər” cəmi 5 dəfə rəqibdən 1 xal almaqla kifayətləniblər. Qalan 23 qarşılaşmada “köhlən atlar” qələbə sevinci yaşayıblar.

Digər maraqlı məqam “Qarabağ”ın son 17 görüşün hamısında rəqibinin qapısına yol tapmasıdır. Gəncəlilər axırıncı dəfə 2012-ci ilin oktyabrında öz meydanlarında gerçəkləşən görüşdə qolsuz bərabərlik sayəsində qapının toxunulmazlığını qorumağı bacarıblar.

“Kəpəz” indiyə qədər “Qarabağ”a qarşı keçirdiyi 26 səfər oyununun cəmi 3-də qalibiyyət əldə edib. Sonuncu belə uğur 1999-cu ildə qazanılıb - 2:0. Ağdam təmsilçisi öz meydanında keçirdiyi qarşılaşmalarda 46 qol vurub, 17-ni buraxıb.

Avqustun 27-də təşkil olunacaq görüş komandaların ölkə çempionatlarında ümumlikdə 54-cü dueli olacaq. “Qarabağ” 30-cu, “Kəpəz” 15-ci qələbəsini qazanmağa çalışacaq. 10 matçda isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, oyun saat 20:45-də başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi