azia.az
azia.az

Premyer Liqada mübarizə Mərdəkandan başlayır - YENİLƏNİR

4-08-2023, 10:24

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2023/2024 mövsümü start götürəcək.

Xəbər verilir ki, çempionatın açılış oyunu Bakıda baş tutacaq. 

Premyer Liqanın yeni iştirakçısı, ötən mövsüm birinci divizionun qalibi olaraq yüksək liqada iştirak etmək hüququ qazanan "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Əslində, bu görüş Tovuzda baş tutmalı idi. Ancaq qərb təmsilçisi stadiondakı yenidənqurma işlərini başa çatdırmadığı üçün tərəflər ilk görüşün yerini dəyişərək Mərdəkanda oynamağa qərar veriblər.

Əlavə edək ki, "Araz-Naxçıvan"la "Turan Tovuz" indiyə qədər Premyer Liqada bir-birinə rəqib olmayıb.

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

Misli Premyer Liqası
I tur
4 avqust

20:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.

fanat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi