azia.az
azia.az

İdmançılarımız III Avropa Oyunlarını 11 medalla başa vurub

4-07-2023, 08:46

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.

Xəbər verilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, onlar arasında medal qazanan idmançılar da var.

Ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib.

Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub. demokrat.az




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi