Prezident bu futbolçunu "Neftçi"yə gətirmək niyyətindədir
Başa çatan mövsümü "Konyaspor"da icarə əsasında keçirmiş Mahir Emrelinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.
Azia.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, vingerin Azərbaycana qayıtmaq imkanına sahibdir.
Onun adı tez-tez "Qarabağ"la hallansa da, Emrelinin xidmətində maraqlı olan Azərbaycan Premyer Liqasının fərqli komandaları var.
Belə ki, "Neftçi" də Emrelini heyətinə cəlb etməyi planlaşdırır. Yeni mövsüm daha iddialı heyət qurmaq istəyən "ağ-qaralar" Mahiri yayda "Dinamo"dan icarəyə götürmək istəyir.
Klubun prezidenti Kamran Quliyevin Emreli ilə münasibəti yaxşıdır. O, bundan istifadə edərək, hücumçunu "Neftçi"yə keçidə razı salmağa çalışacaq.