azia.az
azia.az

Dünya çempionu "Yuventus"la vidalaşıb

6-06-2023, 19:03

Argentina millisinin futbolçusu Anxel Di Mariya İtaliya "Yuventus"undan ayrılıb.

Məlumata görə, 35 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.

"Çətin və mürəkkəb prosesdən sonra karyeramda daha bir səhifənin sonuna gəldim. İlk gündən mənə göstərdikləri diqqətə görə bütün dostlarıma təşəkkür edirəm. Burada özümü həmişə evimdəki kimi hiss etmişəm. Bu, böyük sevgidir", - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Anxel Di Mariya geridə qalan mövsümdə 40 oyunda 8 qol və 7 məhsuldar ötürmə edib. O, Argentina yığmasının heyətində ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi