Ronaldo 5 uşağının anasından....-İLGİNC
"Əl-Nəsr"in formasını geyinən Kristiano Ronaldo və sevgilisi Corcina Rodriqes ayrılmaq üzrədir.
Ronaldo Corcinanın tez-tez alış-veriş etməsindən narazıdır. Bu barədə Portuqaliyanın CMTV telekanalı məlumat yayıb:
"Ronaldo xoşbəxt deyil. Corcina günlərini Riyadda alış-veriş etməklə keçirir. Bu Kristianonu əsəbiləşdirir. Corcina davamlı olaraq, xərcləyir, xərcləyir və xərcləyir, başqa bir şey etmir".
Qeyd edək ki, cütlük 7 ildir birlikdədir, 5 uşaqları var (Offsideplus.az).