azia.az
azia.az

“Barselona” Lionel Messinin muzeyini açacaq

26-04-2023, 17:45

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Lionel Messinin şərəfinə muzey açacaq.

“Report”un AS nəşrinə istinadən məlumatına görə, rəhbərlik klub akademiyasının “Nou Kamp”ın yanında yerləşən keçmiş binasını argentinalı hücumçunun adını daşıyan muzeyə çevirmək qərarına gəlib.

Kataloniya təmsilçisinin planına əsasən, yeni məkan minlərlə turisti və azarkeşi cəlb edəcək ki, bu da əlavə gəlir mənbəyinə çevriləcək. Bu yolla hazırda Fransa klubu PSJ-də çıxış edən Messinin mövsümün sonunda azad agent kimi mümkün dönüşü üçün müqavilə xərcləri qismən qarşılanacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2021-ci ildə PSJ-yə keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi