azia.az
azia.az

“Qumarxana qurtarmadı, ay..?" - “Neftçi”nin “Qəbələ”yə məğlubiyyəti şübhə altına alındı

17-04-2023, 08:39

“Qumarxana qurtarmadı, ay..?" - “Neftçi”nin “Qəbələ”yə məğlubiyyəti şübhə altına alındı“Qumarxana qurtarmadı, ay..?" - “Neftçi”nin “Qəbələ”yə məğlubiyyəti şübhə altına alındı

“Neftçi”nin “Qəbələ”yə 1:2 hesabı ilə uduzması birmənalı qarşılanmadı.

Meydan sahiblərinin futbolçularının oyunun əvvəlində yol verdiyi kobud səhvlər ağ-qara rənglərə könül verən azarkeşlərdə ciddi şübhələrə yol açıb.

Onların fikrincə, “Neftçi” qəbələlilərə uduzmaqla bölgə təmsilçisinin 4-cü pillədə möhkəmlənməsinə və avrokuboklara vəsiqə qazanmasına kömək edib.

“Qırmızı-qaralar” isə bunun əvəzini ölkə kubokunda verəcək. Yəni “Qəbələ” “Səbail”, “Neftçi” isə “Turan Tovuz” səddini keçərsə, həlledici oyunda Elmar Baxşıyevlə Laurentsiu Regekampfın yetirmələri görüşəcək. Və həmin dueldə bölgə təmsilçisi kuboku bakılılara hədiyyə edəcək.

Hər halda, “ağ-qaralar”ın sosial media səhifələrində müxtəlif komandaların azarkeşlərinin yazdığı şərhlər bununla bağlıdır:

“Bunu başa düşməyə nə var ki? Kubok və dördüncülük məsələsi həll olunub”.

“Bu, deyəsən, doğrudan da “oyun”dur”.

“Oyunun ilk hissəsinə baxdım. Hər şey göz qabağında idi. Komandaların hər ikisi nəticəni əvvəldən müəyyənləşdirmişdi”.

“Əvvəldən hiss olunurdu ki, razılaşdırılmış oyundur. Futbolu əməlli-başlı bazara çeviriblər”.

“Qumarxana qurtarmadı, ay....? Danışılmış oyun oynayanın...”


“Açıq-aşkar satılmış oyun idi. Yalançı penaltilər və gülünc qapıçı səhvi”.

“Salomono demək lazımdır elə “vermirlər”... ötürməni”.

“Komediya Azərbaycan futbolu. “Qəbələ”yə xal verdilər, “Zirə”ni dördüncü pillədən etdilər, kuboku da “Neftçi”yə verəcəklər”.

“Bircə bunu etməmişdiz, bunu da etdiz. Mənliyi olmayanlar “Zirə”yə “törba tikdiz”.

Təbii, bütün bu yazılanlar ölkə futbolunu izləyən azarkeşlərin mövqeyidir. Mövsümün başa çatmasına 6 tur qaldığını və komandalardan heç birinin ölkə kubokunun finalına yüksəlmədiyini nəzərə alsaq, irəli sürülən iddia ağırdır.

Hər halda, finişi gözləyək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi