azia.az
azia.az

"Əl-Nəsr" Ronaldonun keçmiş komanda yoldaşlarını transfer edəcək

25-02-2023, 12:30


"Əl-Nəsr" klubu futbolçusu Kriştiano Ronaldonun "Real Madrid"dəki keçmiş komanda yoldaşlarını transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu PSJ-nin müdafiəçisi Serxio Ramosu heyətinə cəlb etmək istəyir. 

Klub rəhbərliyi futbolçunun çevrəsi ilə əlaqə saxlayıb, onunla müqavilə bağlamaq istədiklərini bildiriblər. Sabiq "Real"lının Paris təmsilçisi ilə cari mövsüm baş çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, “Əl-Nəsr” daha öncə “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçi də transfer etmək istədiyi bildirilirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi