azia.az
azia.az

Aqil Abbas "Qarabağ" - "Gent" oyununa proqnoz verdi

15-02-2023, 14:27

Sabah "Qarabağ" Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Belçikanın "Gent" komandasını qəbul edəcək.

Ağdam təmsilçisinin azarkeşi kimi tanınan millət vəkili Aqil Abbas Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Qarabağ" udacaq. Amma oyuna baxmaycağam. Nə stadiona gedəcəyəm, nə də televizordan baxacağam. Çünki "Qarabağ"ın matçlarını izləyəndə çox həyəcanlanıram. Bir dəfə necə bərk qışqırmışdımsa, ürəyim getmişdi".

Qeyd edək ki, tərəflərin cavab dueli fevralın 23-də Gentdə reallaşacaq.

Nihat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi