azia.az
azia.az

Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda sakinlərlə görüşüb

21-06-2017, 11:42

Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb


Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda sakinlərlə görüşüb və müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verib.

azia.az bildirir ki, Millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən olan Düz Qırıqlı kəndini ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb.Millət vəkili sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla müzakirələr aparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Millət vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinin müəllimlərinin müraciəti əsasında məktəbi də ziyarət edib, müəllimlərlə görüşüb, onların müraciətlərini yerində dinləyib. Müəllimlər və valideynlər Təhsil nazirliyi tərəfindən məktəbin bağlanması, müəllim və şagirdlərin digər məktəbə köçürülməsi ilə bağlı verilən qərarla bağlı onları narahat edən bəzi məqamlarla bağlı fikirlərini bildiriblər. Təhsil nazirliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə nazirlik rəsmiləri müəllim və valideynləri narahat edən suallara aydınlıq gətirib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva müəllim və valideynləri narahat edən məqamlarla bağlı Təhsil nazirliyinin rəhbər şəxslərinə təkrar müraciət edib, müzakirə aparılıb. Onlar bildiriblər ki, müəllimləri və valideynləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün addımlar atılacaq.



Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi