azia.az
azia.az

"Gent" "Qarabağ"ı tanıtdı, amma... - FOTO

15-02-2023, 13:48

"Qarabağ"ın Konfrans Liqasının 1/16 final mərhələsində rəqibi olan "Gent" klubu Ağdam təmsilçisi ilə bağlı məlumat paylaşıb. Klubun rəsmi saytında yer alan yazı geniş olsa da, ciddi səhvlər diqqət çəkir.

Sadəcə, mətbuat xidmətinin əməkdaşları materialı keçən ay hazırlayıblar, ötən axşam isə tarixini dəyişərək yeniləyiblər. Ancaq içərisindəki məlumatları dəyişməyi unudublar. Nəticədə qış fasiləsində "Qarabağ"ı tərk edərək Rusiya "Krasnodar"ına keçən Kadi Borges, eləcə də Macarıstan "Ferentsvaroş"una transfer olunan Ovusu Kvabena "köhlən atlar"ın futbolçusu kimi təqdim olunub.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.

Mirağa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi