Misli Premyer Liqasında XXII turun mərkəzi matçından öncə "Qarabağ" və "Sabah" klubları atmacalı paylaşımlar ediblər.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Ağdam təmsilçisi sabah Suraxanı rayonu ərazisində Qarabağ qasırğası və bol qollu hava şəraitinin olacağını qeyd edib.
Cavabı çox gecikdirməyən paytaxt təmsilçisi "bu gün verilən proqnoz “Sabah” dəyişə bilər", - deyə "köhlən atlar"a söz atıb.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması fevralın 11-də saat 17:00-da baş tutacaq.