azia.az
azia.az

"Qarabağ" Portuqaliya klubunun iki futbolçusunu gətirir

7-02-2023, 14:45

"Qarabağ"ın heyətinə qatmaq istədiyi iki legionerin kimliyi bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "köhlən atlar" bu qış Portuqaliyanın "Tondela" klubunun 2 futbolçusunu sıralarına cəlb etmək istəyib.

Onlardan biri 24 yaşlı ispan mərkəz müdafiəçisi Xose Hernando, digəri Kabo-Verde millisinin 21 yaşlı yarımmüdafiəçisi Telmu Arkanjudur.

Sözügedən oyunçuların hər ikisinin "Tondela" ilə müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacağı üçün ağdamlılar onları yayda, azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır.

Həm Hernando, həm də Arkanju artıq Azərbaycan təmsilçisinin onları transfer etmək istəyindən xəbərdardır. Məhz bu səbəbdən ispan oyunçu klubunun yeni anlaşma təklifini geri çevirib.

Nihat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi