azia.az
azia.az

Messiyə bu geyimə görə 1 milyon dollar TƏKLİFİ-FOTO

25-12-2022, 11:50


Argentinanın super ulduzu Lionel Messiyə 2022-ci il dünya çempionatının finalında kubok mərasimində geyindiyi köynək üçün nəhəng təklif edilib.

Gundem.az ın xarici mediaya istinadla xəbərinə görə, dünya çempionatının finalında Fransanı məğlub edərək çempionluq qazanan Argentina millisinin kapitanı Lionel Messiyə kubok mərasimində geyindiyi biştə (ərəblərin mühüm günlərdə istifadə etdiyi ənənəvi paltar) 1 milyon dollar təklif edilib.

Oman millət vəkili Əhməd Əl Barvani “Twitter” hesabından verdiyi açıqlamada deyib: “Cəngavərlik və müdrikliyin simvolu olan biştin bizdə qalması üçün Messiyə belə bir təklif etdik. Messi qəbul edərsə, biştini muzeydə sərgiləyəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi