azia.az
azia.az

Ərtoğrul Sağlam Azərbaycan klubunda

6-12-2022, 12:56


Təbrizin "Traktor" klubunda yeni baş məşqçi təyinatı reallaşmaq üzrədir.

Fanat.Az
İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, komanda türkiyəli Ərtuğrul Sağlama tapşırılacaq.

53 yaşlı məşqçi fevralda Cənubi Azərbaycan klubunda Zvonimir Soldonu əvəzləsə də, mövsümün sonunda komandadan ayrılıb. O, yenidən "qurdlar"ın baş məşqçi postuna namizəddir.

Rusiyalı məşqçi Qurban Berdıyev təxminən 5 aydan sonra keçən həftə "Traktor"la yollarını ayırıb.

Təbriz klubu İran Peşəkar Liqasında hazırda yeddinci yerdədir və lider “Persepolis”dən 9 xal geri qalır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi