Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya arasında baş tutan oyunda braziliyalıların 2:0 hesablı qələbə qazanması barədə məlumat vermişdik.
Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.
Azia.az olke.az-a istinadən xəbər verir ki, dünyada milyonlarla tamaşaçının izlədiyi oyunda bir azərbaycanlının da zəhməti keçib.
Braziliya-Serbiya stadionunun informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya Nuriyev adlı azərbaycanlı gənc rəhbərlik edib.Azərbaycanlı gəncin belə bir möhtəşəm layihədə yer alması qürurverici hal kimi qarşılanıb.