Kriştiano Ronaldo skandal gündəm haqqında ilk dəfə DANIŞDI - FOTO
Kriştiano Ronaldo sosial şəbəkədə Bruno Fernandeslə olan görüntüyə qarşı susqunluğunu ilk dəfə pozub.
Azia.az bildirir ki, Kriştiano Ronaldo ilk dəfə hadisənin görüntüləri haqqında açıqlama verib.
Kriştiano Ronaldo Portuqaliya Milli Komandasının davam etdiyi “Əl Şahaniya Facilities”də mətbuat konfransının keçiriləcəyi otağa gözlənilmədən daxil olaraq jurnalistləri təəccübləndirib. "Mançester Yunayted"də komanda yoldaşı Bruno Fernandes ilə sosial mediaya sızan görüntülərdən danışan Ronaldo jurnalistlərə güllə keçirməz və dəmir kimi möhkəm olduğunu deyib.
"Zamanlama hər zaman zamandır. Sizin üçün vaxtları necə seçə biləcəyimizi görmək asandır. Başqalarının nə düşündüyü ilə bağlı narahat olmağa ehtiyacım yoxdur. Nə vaxt istəsəm danışıram. Hər kəs mənim kim olduğumu və nəyə inandığımı bilir” - deyə o bildirib.
Xatırladaq ki, Ronaldo və Bruno Fernandes Portuqaliya Milli Komandası üçün toplaşdıqları düşərgənin soyunub-geyinmə otağında görüşmüşdü. Ronaldonun yanından keçən Bruno Fernandes komanda yoldaşına əvvəlcə salam verməyib. Bruno Fernandesə əlini uzadıb bir müddət havada qalan Ronaldonun üz ifadəsindəki heyrət diqqətdən yayınmayıb. Fernandesin Ronaldoya soyuq və laqeyd münasibəti dünya idman mediasının gündəminə çevrilib.