azia.az
azia.az

PSJ Ronalduya elçi düşdü

19-11-2022, 12:36


Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu əvvəlki kimi PSJ-nin maraq dairəsindədir. 

Fanat.Az xəbər verir ki, bunu insayder Florian Plettenberq deyir.

Onun sözlərinə görə, Fransa klubu "Mançester Yunayted"in futbolçusunu qışda transfer etmək variantını nəzərdən keçirir. 

Sadəcə PSJ-nin idman direktoru Luis Kampos heyəti azaltmaq və gəncləşdirmək istədiyi üçün mümkün keçiddən narahatdır.

Qeyd edək ki, Ronaldunun "Mançester Yunayted" ilə bağlı qalmaqallı müsahibəsi tərəflər arasında inciklik yaradıb. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi