azia.az
azia.az

Konor Makqreqor "Liverpul"u almaq istəyir - Bütün sərvətini...

10-11-2022, 11:01


Məşhur MMA döyüşçüsü Konor Makqreqor “Liverpul” klubunu almaq istəyir.

Azia.az  xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib. O bildirib ki, “Liverpul”u almaq üçün şərtlərlə maraqlanıb. Britaniya mediası yazır ki, idmançının klubu təkbaşına alacaq sərvəti yoxdur. Lakin Konor klubun səhmlərinin bir hissəsini ala bilər.

Qeyd edək ki, “Liverpul”un sahibi "Fenway Sports Group" klubun səhmlərini satışa çıxarıb. Şirkətin açıqlamasında bildirilib: “Tez-tez səhmdar olmaq istəyənlərdən təkliflər alırıq. Klubun maraqlarına uyğun olsa, uyğun şərtlərdə yeni səhmdarları nəzərdən keçirəcəyik. Əsas məqsədimiz klubun uğurudur".

Şirkətin qurucusu Con Henri 2010-cu ildə “Liverpul”u alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi