azia.az
azia.az

Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb

5-06-2017, 11:35

Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb


Millət vəkili Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
azia.az bildirir ki, Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda rayonun digər kəndlərini də ziyarət edib, bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.


Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi