İlin transfer "bombası" açıqlandı - Heç kimin ağlına gəlməyən kluba gedir
ABŞ-ın “İnter Mayami” klubu Lionel Messini transfer etmək üçün danışıqlara başlayıb.
Azia.az xəbər verir ki, bu barədə “dailymail” məlumat yayıb. Bildirilir ki, ABŞ klubu Messinin atası ilə transferin detalları barədə danışıqlar aparır. Məlumata görə, klubun sahibi Devid Bekhem Messinin mövsümün fasiləsində tranfer etməyi planlaşdırır. Ümumiyyətlə, bu transferin həyata keçirilməsi üçün ABŞ-ın futbol idarələri də maraqlıdır. Məsələ burasındadır ki, 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil ediləcək. ABŞ indidən diqqəti ölkə futboluna çəkmək istəyir.
Qeyd edək ki, 35 yaşlı futbolçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. İddialara görə, Messi Mayami şəhərinin Argentinaya daha yaxın olmasına və Mayamidə evinin olmasına görə ABŞ-da futbol oynamağa razılıq verib.