Mahir Emreli Xorvatiya derbisini buraxacaq - SƏBƏB
Azərbaycan millisi və "Dinamo" klubunun futbolçusu Mahir Emreli koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bunu baş məşqçi Ante Çaçiç "Hayduk"la derbi öncəsi baş tutan mətbuat konfransında açıqlayıb.
"Nə deyə bilərəm? Mən və futbolçularım ən böyük Xorvatiya derbisini səbirsizliklə gözləyirik. Emreli koronavirusa görə məşqdə iştirak edə bilməyib. Nevistiç, Bulat və Emrelinin bizimlə səfərə getməyəcəyi dəqiqdir".
Qeyd edək ki, "Hayduk" - "Dinamo" matçı sabah saat 20:00-da baş tutacaq.