Almaniya nəhəngi "Bavariya" "Fənərbağça"nın gənc ulduzu Arda Gülər üçün hərəkətə keçib.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Klub nümayəndələri sabah saat 21:00-da "Ankaragücü" ilə liqa matçında türkiyəli oyunçunu izləyəcəklər.
Gülər İngiltərə, İspaniya, İtaliya klublarının da maraq dairəsindədir.
Qeyd edək ki, Arda Gülərin "sarı-lacivərtlər"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.