azia.az
azia.az

"Taktiki variantlarımızı tətbiq edə bilmədik" - Millinin baş məşqçisi

22-09-2022, 10:10


Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünən Aktau şəhərində Qazaxıstan yığması ilə keçirilən yoldaşlıq oyununu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis 5:6 hesabı ilə məlub olduqları görüşlə bağlı bunları deyib: 

“Bugünkü oyunumuz da dünənki qarşılaşmanın bənzəri oldu. İki əsas oyunçumuz – Eduardo və Qalo bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi. Yenə birinci hissədə yaxşı oynadıq. Hər iki qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki palanda etmək istədiklərimizi reallaşdırdıq. Heyətimiz qısa olduğuna görə ikinci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda təcrübə qazanacaqlar”.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi