"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Məlumata görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Hazırda paytaxt klubu 13 xalla 3-cü sırada qərarlaşıb. Bölgə təmsilçisi isə 10 xalla 3-cüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.
Günün digər oyununda isə 15 xalla 2-ci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq.
İki komanda indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıb. Bunların 14-də "ağ-qaralar", 2-də "dənizçilər" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin aşkar üstünlüyü var - 41:11.
“Neftçi” son 8 görüşdə qalib gəlib. “Səbail” ardıcıl 12 qarşılaşmada qələbə qazana bilməyib.
16 sentyabr
18:00. "Sabah" - "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".
20:30. “Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.