Azərbaycan Premyer Liqası: XVI tura iki oyunla start verilir
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.![]()
Məlumata görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyni adlı komandası "Səbail"i qəbul edəcək. Hazırda əyalət komandası 26 xalla 3-cü, paytaxt klubu 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 8-də əyalət təmsilçisi, 4 də "dənizçilər" qələbə qazanıb, 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 31:16.
Digər matçda son çempion "Neftçi" "Keşlə" ilə üz-üzə gələcək. 15 turdan sonra "ağ-qaralar" 22 xalla 4-cü, qonaqlar 14 xalla 6-cı sıradadır. Paytaxt klubları ölkə çempionatlarında 68 dəfə qarşılaşıblar. 37 dəfə "Neftçi", 16 dəfə isə "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 108:66.
Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
Qeyd edək ki, XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.My Webpage