Ronaldoya şok təklif: İlə 240 milyon avro...
“Mançester Yunayted”dən ayrılmaq niyyətində olan ulduz futbolçu Kriştiano Ronaldo hələn ötən yaydan Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl Nəsr” klublarının diqqət mərkəzindədir.
Azia.az fanat.az-a istinadən xəbər verir ki, ərəb klubları portuqaliyalı forvardın ətrafındakı vəziyyəti izləyir.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Kriştianonu yerli çempionatda gözlədiyini açıqlayıb:
“Biz çox istərdik ki, Kriştiano Ronaldo kimi oyunçu Səudiyyə Ərəbistanı çempionatında oynasın. Bu, bizim üçün böyük müsbət impuls olardı. Hər kəs onun nailiyyətləri və rekordları haqqında bilir. O həm də nümunəvi insan kimi tanınır.
Ona görə də “Niyə də olmasın?” deyə düşündüm. Bunun çox bahalı sövdələşmə olacağı şübhəsizdir. Lakin biz görürük ki, son illər klublarımız daha çox qazanc əldə edir. Əvvəllər Premyer Liqada çıxış edən bəzi məşhur futbolçular Səudiyyə Ərəbistanı çempionatına keçib. Bir futbolçu kimi Kriştianunu bəyənirəm və onun ölkəmizdə oynamasını istərdim".
Qeyd edək ki, daha əvvəl BƏƏ-nin adı açıqlanmayan klubunun Ronaldoya illik 240 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.