azia.az
azia.az

Ronaldoya sərt tənqid: "Yuventus"u çətin vəziyyətdə qoydu"

4-09-2021, 15:03

Ronaldoya sərt tənqid: "Yuventus"u çətin vəziyyətdə qoydu"
"Yuventus"un sabiq futbolçusu Alessio Takkinardi Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Azia.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Ronaldo fərqli şəkildə getməli idi. Alleqri "Empoli" ilə oyundan əvvəl komandaya təlimat verərkən Ronaldo şəxsi təyyarəsndə uçurdu. Azarkeşlərlə vidalaşacağı xüsusi bir mətbuat konfransı olacağını düşündüm. Onlar fərqli rəftara layiq idilər. Ronaldo "Yuventus"u çətin vəziyyətə saldı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, onu əvəzləyəcək futbolçunun tapmaq çətin olanda komandanı tərk etdi".

Xatırladaq ki, Kriştiano Ronaldo "Mançester Yunayted" klubu ilə 2+1 illik müqavilə imzalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi