azia.az
azia.az

"Çelsi" Ronaldonu transfer edir? - Qərar verildi

12-09-2022, 18:45

"Çelsi" Ronaldonu transfer edir? - Qərar verildi
"Çelsi" "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu transfer etməmək qərarına gəlib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi portuqaliyalı ulduzu transfer etməyə səy göstərməyəcək.

Xatırladaq ki, daha öncə "zadəganlar"ın 37 yaşlı oyunçuya görə "Mançester Yunayted"ə təklif göndərəcəyi barədə xəbərlər yayılmışdı. Lakin komandanın yeni baş məşqçisi Qremm Potter onun keçidini klub üçün vacib hesab etmir.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə cəmi 7 oyun keçirib və qol vura bilməyib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi