azia.az
azia.az

Gecədəki məğlubiyyət bu klublara baha baş gəldi - Baş məşqçilər istefaya getdi

7-09-2022, 14:46

Gecədəki məğlubiyyət bu klublara baha baş gəldi - Baş məşqçilər istefaya getdi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda məğlub olan iki klub - "Çelsi", "Leypsiq" baş məşqçiləri ilə yollarını ayırıb.

Metbuat.az xəbərə verir ki, Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesab ilə məğlub olan "Çelsi" baş məşqçisi Tomas Tuxellə vidalaşıb.

Tomas Tuxel ötən ilin 26 yanvarında "Çelsi" ilə 18 aylıq müqavilə bağlamışdı. O, "Çelsi"yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.

Bundan başqa, "Leypsiq" F qrupunda Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

Beləliklə, klub baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb. 36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri də Almaniya klubunu tərk edib. Andreas Hinkel və Maks Urvançiki də işsiz qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi