azia.az
azia.az

Azərbaycanda Çempionlar Liqasının oyunları yeni telekanalda yayımlanacaq

9-08-2018, 07:18

"CBC Sport" telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.

Telekanaldan verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdır.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real Madrid" və "Atletiko" komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

Telekanaldan həmçinin bildirilib ki, "CBC Sport" daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.

Qeyd edək ki, bunadək Avrokubokların qrup mərhələsinin oyunlarını və La Liqanı "İdman Azərbaycan" yayımlayıb. Millətlər Liqası isə yeni yarışdır və sentyabrdan start götürəcək.(“Report”)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi