azia.az
azia.az

İlin deyil, əsrin iddiası: Ronaldo bu türk klubu ilə anlaşıb

2-09-2022, 15:57

İlin deyil, əsrin iddiası: Ronaldo bu türk klubu ilə anlaşıb
Türkiyənin “Ajansspor” qəzeti Kriştiano Ronaldonun “Fənərbaxça” ilə razılaşma əldə etdiyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, qəzetin iddiasına görə, klub prezidenti Ali Koç ulduz futbolçu ilə şəxsən razılıq əldə edib. Bu iddia Türkiyədə böyük rezonans yaradıb. Sosial media istifadəçiləri qısa vaxt ərzində Ronaldo və “Fənərbaxça” barəsində 154 min tvit adıb. Türkiyə təmsilçisinin tökenlerinin dəyəri 20 faiz artıb. “A spor” televiziyası məsələ barədə “Fənərbaxça” təmsilçisi ilə əlaqə yaradıb. Klub rəsmisi iddiaları rədd edib. Klubun Ronaldo ilə maraqlanmadığı qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi