Ulduz futbolçu Kriştiano Ronaldonun vergidən yayındığı iddia edilir və artıq məhkəməyə verilib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Madrid prokurorluğu Ronaldonun 14,7 milyon avro vergidən yayındığını bildirərək məhkəməyə müraciət edib.
İyunun 30- a qədər məhkəmə iclası baş tutmalı və Ronaldo hakim qarşısına çıxarılmalıdır.
Madrid prokurorluğu Ronaldonun vergidən 2011-ci ildə 1,4 milyon, 2012-ci ildə 1,7 milyon, 2013-cü ildə 3.2 milyon və 2014-cü ildə 8.5 milyon avro yayındırdığını bildirib.