"Qarabağ"dan gözlənilməz ayrılıq: Fransa klubuna transfer olundu - FOTO
![]()
"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın "Sent Etyen" komandasına transfer olunub.
Gundem.az xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
Qeyd edək ki, "Sent Etyen" klubu Fransa Liqa 2-də mübarizə aparır. Hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.![]()