azia.az
azia.az

Bu gün "Qarabağ" "Şamaxı"nı, "Səbail" "Kəpəz"i qəbul edəcək

27-08-2022, 08:17


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
Bu gün "Qarabağ" "Şamaxı"nı, "Səbail" "Kəpəz"i qəbul edəcək
Məlumata gərə, günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edəcək.

Hazırda "dənizçilər" 1 xalla 8-ci, 3 qarşılaşmanın hamısında uduzan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək çempionatda 4 dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də "Kəpəz" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Səbail" üstündür - 6:5.

Günün ikinci görüşündə son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 6 xalla 3-cü qonaqlar isə 1 xalla 9-cu pillədə yer alıb. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üsdünlüyü var - 95:43.

Azərbaycan Premyer Liqası
IV tur
27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”

Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edibsə, "Neftçi" "Zirə"yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi