azia.az
azia.az

"Neftçi"nin baş məşqçisi: "Bəzən mənə elə gəlir ki, alovla oynayırıq"

27-08-2022, 08:10


"Neftçi"nin baş məşqçisi: "Bəzən mənə elə gəlir ki, alovla oynayırıq"
"Nəticədən və oyundan şadam. Çoxlu qol şansı yaratdıq. Bəzi epizodlarda fərqlənə bilmədik".
"Neftçi"nin baş məşqçisi: "Bəzən mənə elə gəlir ki, alovla oynayırıq"
Məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Bakcell Arena"da "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibi daim təzyiq altında saxladıqlarını bildirib: "Yenə qapımızda penalti gördük. Şadam ki, oyunçularım özlərinə gələrək qələbə topunu vura bildilər".

47 yaşlı baş məşqçi son 2 turda qapılarına 5 dəfə penalti təyin olunmasının onu da təəccübləndirdiyini söyləyib: "Deyə bilmərəm ki, komandada nizam-intizam yoxdur. Ataa Caber sürüşmə fəndi etdi, ancaq futbolçuya dəymədi. Hakimlər belə görübsə, deməli, penaltidir. Mənim üçün də maraqlıdır ki, 2 oyuna qapımıza 5 penalti təyin olunur".

Onun sözləriə görə, ötən tur "Sabah"la matçda da çoxlu qol vəziyyətləri yaratsalar da, qələbə qazana bilməyiblər: "Son 2 oyunda bəxtimiz gətirmədi. Həmin vəziyyətlərdən yararlansaydıq, vəziyyət fərqli olardı. Məncə, futbolçular da çempionatın fərqinə varmalıdır. Bəzən kənardan mənə elə gəlir ki, biz alovla oynayırıq. Belə olanda özün yanmağa başlayırsan. Düşünürəm ki, oyunçularımın kifayət qədər özlərini göstərmək imkanları var. Hücumlarda bizə kömək edəcək yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Bəzi çatışmayan mövqelərə oyunçuları da növbəti vaxtlarda transfer etmək mümkün ola bilər".

Regekampf icarəyə verilən Mirabdulla Abbasov haqqında da danışıb: "Allah deyiləm ki, kiminsə yaxşı və ya pis olduğunu deyim. Sadəcə, Mirabdula Abbasovda lazımi performansı görmədim. Özünü göstərib yenidən komandamıza qayıtmaq şansı var".

Mütəxəssis start heyətində İvan Brkiçə yox, Aqil Məmmədova şans verməsinin səbəbini də açıqlayıb: "Bu, legioner limiti ilə bağlı idi. Bildiyiniz kimi, Azər Əliyevin yerli pasportu yoxdur. Buna görə də onun üzərində seçim etdim. Düşünürəm ki, düzgün qərar verdim və o, qələbə topunu vurdu. Azərin meydandan çıxması isə zədə amili ilə bağlı deyil. Sadəcə, qıcolması tutdu deyə əvəz olundu".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi