azia.az
azia.az

“Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı - Yenilənib

23-04-2017, 20:37

“Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı - Yenilənib

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev oyunda kobud səhvə yol verib.

Belə ki, qarşılaşmaya 5 yerli futbolçu ilə başlayan baş məşqçi 67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu saxlayıb.

Bu isə limitin pozulması deməkdir.

***

azia.az futbolinfo.az-a istinadən Elxan Abdullayevin müsahibəsini təqdim edir:

- Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.

- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.

- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.

- Belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik, bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.

- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində 4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə rəqib məşqçinin kobud səhvinə belə münasibət bildirib:bunları deyib:

"Bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdir. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi